i 18

Fransanın Sosialist Partiyası parlamentdə Baş nazir Fransua Bayrunun hökumətinə qarşı etimadsızlıq səsverməsi irəli sürəcək.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının lideri Boris Vallo Milli Assambleyada çıxışı zamanı bildirib.

“Biz hökumətə qarşı etimadsızlıq səsverməsi təqdim etmək məcburiyyətindəyik”, – deyə Vallo bəyan edib.

O, Baş nazir Bayrunun parlamentə pensiya islahatının taleyini müəyyən etməyə imkan verəcəyi ilə bağlı vədini yerinə yetirmədiyini vurğulayıb. Hökumət pensiya yaşını 2030-cu ilə qədər 62-dən 64-ə qaldırmağı planlaşdırır.

Hökumət pensiya yaşını azaltmaq niyyətində deyil, halbuki həmkarlar ittifaqları və bəzi siyasi qüvvələrin əsas tələbi məhz budur.

Fransa Prezidenti Emmanuel Makron isə hökumətə qarşı etimadsızlıq səsverməsinin “ölkəyə baha başa gələ biləcəyini və sabitliyi poza biləcəyini” söyləyib.

Xatırladaq ki, mübahisələrə səbəb olan pensiya islahatı 2023-cü il sentyabrın 1-dən qüvvəyə minib. Sənəd pensiyaya çıxma yaşının mərhələli şəkildə 64 yaşa qaldırılmasını nəzərdə tutur.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: