Bakıda avtobus qəzası baş verdi

 

FotoJet 2022 12 07T211018.500

Bakının Maştağa qəsəbəsində Zabrat hava limanı yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəzada 172 nömrəli marşrutda işləyən 90-JF-715 avtobus da iştirak edib.

Daşıyıcının verdiyi məlumata görə, qəza minik avtomobilinin qəflətən geri dönmə manevri etməsi nəticəsində baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.

Paylaş: