Şoltsdan etiraz – “Putinin xeyrinədir, razı deyilik”

solts 1

Ukrayna-Rusiya müharibəsi tez bir zamanda bitməlidir.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

“Sülh yalnız Ukraynanın ərazi bütövlüyü təmin olunanda baş tutacaq. Biz məcburi razılaşmanı dəstəkləməyəcəyik. Avropa və ABŞ təhlükəsizliyinin bölünməsinə gətirib çıxaran həlli qəbul etmirik. Belə olarsa, burada yalnız Putin qazanacaq”.

Şolts həmçinin Avropanın müdafiə xərclərinin artırılmalı olduğunu deyib.

Qeyd edək ki, bundan öncə Almaniya rəsmiləri ABŞ-ni Ukrayna bəyanatlarına görə sərt tənqid edib. Hətta müdafiə naziri NATO-nun parçalana biləcəyinin anonsunu da verib.

Əliyar Xəlil
Globalinfo.az