ŞOK iddia: Uitkoffla Putinin görüşü zamanı…

ivuzthyvapm2dtdxnnfapyndzte5gizq 1500x926 1

ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə üç dəfə görüşüb və bu görüşlər zamanı Kremlin tərcüməçilərinin xidmətindən istifadə edib. Bu isə diplomatik protokola ciddi ziddiyyət kimi qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, belə bir iddia ilə “NBC News” çıxış edib.

Məlumata görə, Uitkoffun Putinlə görüşlərindən sonra Tramp birdən-birə Kremlin ritorikasını təkrarlamağa başlayıb. Məsələn, Krımın Rusiya ərazisi kimi tanınması fikrini dilə gətirib.

Jurnalistlər bildirirlər ki, Kremlin tərcüməçiləri vasitəsilə aparılan danışıqlarda Putinin mesajlarının müəyyən hissələri ya təhrif oluna, ya da tam ötürülməyə bilərdi. Çünki Putinin bu tərcüməçilərlə danışarkən tam anlaşıb-anlaşmadığı da şübhə doğurur. Bu da Vaşinqtonda Trampın Rusiya ilə bağlı siyasətinə dair yeni suallar yaradıb.

Aysel Əliyeva
Globalinfo.az