Latviyadan Rusiya və Belarusa qadağa

Latviya Seymi (parlamenti) ölkəyə istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyub.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanı məlumat yayıb.

Dəyişikliklərə əsasən, məhsullar, Rusiya və Belarusda istehsal olunubsa, üçüncü ölkələrdən də idxal edilə bilməz. Qadağa Latviyada qalan məhsullara şamil edilir. Lakin Latviya vasitəsilə Aİ-nin digər ölkələrinə göndərilənlərə şamil edilmir.

Seym hökumətə iki həftə ərzində qadağanın tətbiqi qaydalarını hazırlamağı tapşırıb.