Siyarto: “Bu, baş versə, dünyada silahlı münaqişələr riski azalacaq”

“Trampın ABŞ prezidenti seçilməsi dünyada silahlı münaqişələr riskini azaldacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, Trampın Ağ Evə qayıtması bütün dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək, yeni silahlı münaqişələr riskini azaldacaq.

“Tramp 2021-ci ildə ikinci müddətə hakimiyyətdə qalsaydı, Ukrayna və Qəzza zolağında heç bir silahlı münaqişə olmayacaqdı. Beləliklə, Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın yenidən güclü prezidentinin olacağı anlamına gələcək və bu, qlobal təhlükəsizlik nöqteyi-nəzərindən vacib sayılacaq”.

Siyarto hesab edir ki, Trampın noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsi artıq şübhə doğurmur. Trampın dövlət başçısı postuna qayıdışı ABŞ-Macarıstan münasibətlərinin yaxşılaşmasına da kömək edə bilər.

Əliyar Xəlil
Globalinfo.az