1717139889 1053459 laricani

“Omana səfər çox məhsuldar və ümidverici oldu. ABŞ-la danışıqlar nisbətən yaxşı keçib və qarşı tərəfin bu danışıqları həll yoluna doğru yönəltmək istədiyi hiss olunur”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Al-Alam” telekanalına müsahibəsində deyib.

O bildirib ki, amerikalılar nüvə müzakirələrinin konkret həll yolu ilə nəticələnməsini istəyirlər:

Hələ ki tam nəticə çıxarmaq olmaz, çünki cəmi bir görüş olub. Danışıqların davamını izləyəcəyik. Danışıqların növbəti mərhələsinin tarixi hazırda müzakirə olunur və yaxın vaxtlarda elan ediləcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: