Sosial şəbəkələrdə çöl quşlarının səbəbsiz şəkildə ölməsi ilə bağlı paylaşımlar edilib.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, istifadəçilər bu halla Şıxov çimərliyində rastlaşdıqlarını bildiriblər.
Görüntülərdə bir neçə çöl quşunun cəsədi yer alır.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən cavab olaraq bildirilib ki, çöl quşlarının tələfatı aidiyyəti qurumlarla birgə araşdırılır.
