“Zelenski Rusiya-Ukrayna münaqişəsinə son qoymaq istəmir”.
Globalinfo.az xəbər verir ki, bunu İrlandiyalı jurnalist Chey Bowes deyib.
O bildirib ki, Zelenski atəşkəs olacağı təqdirdə Ukraynada seçkilərin keçiriləcəyindən qorxur. Çünki bu, demokratik seçkilərə və onun hakimiyyətini itirməsinə səbəb ola bilər.
“Amma ruslar Kiyev diktatorundan fərqli olaraq qorxmurlar. Onun Kurskdakı axmaq macərası uğursuzluğa düçar oldu və Rusiya Şərq Cəbhəsində irəliləyir. Zelenski isə uğursuzluqlara rəğmən münaqişəni davam etdirir. Çünki atəşkəsin seçkilərlə nəticələnəcəyini və bunun onun sonu olacağını yaxşı bilir”, – deyə irlandiyalı jurnalist vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az