
Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağışlar daşqınlara səbəb olub.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, yağışlar səbəbindən Məkkə-Ciddə magistral yolu ehtiyat tədbiri olaraq bağlanıb.
Bildirilib ki, Məkkədə bir çox avtomobil sel suları nəticəsində zədələnib.
Məscidül-Həram Baş İdarəsindən verilən açıqlamada bildirilib ki, 500-dən çox texnika hazır vəziyyətə gətirilib.
Şiddətli yağış səbəbiylə meydana gələ biləcək mənfi təsirlərə qarşı tədbirlərin artırıldığı, suyun boşaldılması üçün 200-dən çox müfəttiş və 4 min işçinin işə götürüldüyü qeyd edilib.
Əəlverişsiz hava şəraiti ilə bağlı bəzi uçuşların təxirə salındığı da vurğulanıb.