Səudiyyə Ərəbistanı Azərbaycana yeni səfir göndərir

Səudiyyə Ərəbistanı Essam bin Saleh Al Cutaylini Azərbaycana səfir təyin edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yeni səfir Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud qarşısında and içib.

O, andiçmə zamanı qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın intensivləşdirilməsinə çalışacaq.

Qeyd edək ki, diplomat Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri vəzifəsində sələfi Haməd bin Abdullah bin Səud bin Xudeyrini əvəz edəcək.