Qarabağdakı ermənilərə dəhşətli xəbər – FOTO

Sərsəng su anbarında vəziyyət çox acınacaqlı və kritikdir.

Globalinfo.az xəbər verir ki, Ermənistan tərəfi Sərsəngin dekabrdan öncə və hazırkı vəziyyətini əks etdirən fotolar yayımlayaraq problemin ciddi olduğunu bildirib.

Xüsusilə qış aylarında Xankəndinin elektrik enerjisi ilə təmin olunması üçün Sərsəng üzərində ermənilərin inşa etdiyi su elektrik stansiyası fasiləsiz işləyib və anbara həddindən artıq güc düşüb.

Nəticə olaraq isə bölgənin yay aylarında su təminatı məsələsini sual altındadır, bu istiqamətdə ciddi problemlərin yaşanacağı gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az