sarkisyan

Ermənistanda keçmiş prezident Serj Sərkisyanın  qardaşı qızı Ani Sərkisyana məxsus əmlakın bir hissəsi dövlət tərəfindən müsadirə olunub.

Globalinfo.az xəbər verir ki, məlumata görə, “Areni HES” şirkətinin 39 341 ədəd səhmi (təxminən 1,74 milyon dollar dəyərində), 864 min dolları, 13 milyon dram və təxminən 5 min avrosu dövlətin xeyrinə alınacaq.

Bu barədə məlumatı Ermənistan Baş Prokurorluğu yayıb. Bu gün Antikorrupsiya Məhkəməsi prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi ilə bağlı iddiasını qismən təmin edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: