Sərhəddə tutulan Xaçaturyan deyil – Qandallanan “ermənilərin” sayına diqqət!

Ermənistanın və havadarlarının sərhədimizdə yardım şüvənliyinin, “TIR şousu”nun üçüncü günü gördünüzmü nə baş verdi? Tutarlı cavab aldılar. Xaçaturyan Vaqif Çerkezoviç adlı-familyalı Qarabağ ermənisi Laçın sərhəd-keçid məntəqəsində saxlanıldı.

O, 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törədənlərdən biri olub. Onu sərhədçilərimiz 29 iyul 2023-cü il tarixdə saxlayıb.

Xaçaturyan Vaqif Çerkezoviç və Xocalının Meşəli kəndindəki cinayətləri ilə bağlı detallar üzə çıxıb. O, Meşəli kəndində azərbaycanlılara divan tutan, mülki insanlara qarşı soyqırım cinayəti edən, günahsız insanları el-obasından didərgin salan müharibə canisidir.

Hazırda Xaçaturyan Azərbaycan hüquq mühafizə orqanlarının əlindədir. Ermənistanda onun müdafiəsinə qalxıblar. Təsəvvür edin, əli günahsız insanların qanına batmış bir hərbi cinayətkarı Ermənistan hökuməti müdafiə edir.

Azərbaycan dövləti Laçın sərhəd buraxılış məntəqəsinin qarşı tərəfindəki beynəlxalq lotulara (onlara diplomat deməyə adamın dili gəlmir) dərs verir. Üç gündür orda dayanıb boylanmalarına rəğmən 19 TIR postdan buraxılmır. Sındırılıblar mənəvi baxımdan. Siyasi baxımdan rəzil duruma düşüblər. O boyda Avropa İttifaqının gününə baxın: Azərbaycanın suveren ərazisində bizimlə diqtə dilində danışmaq istəyir. Separatçıları müdafiə edir.

Prezident İlham Əliyev Brüsseldə Qarabağdakı erməni əhaliyə humanitar yüklərin daşınması üçün yeni və sərfəli marşrut təklif edib. Deyib ki, Bərdə-Ağdam yolu ilə bunu icra etmək daha yaxşıdır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel mətbuat konfransında bu ideyanı dolayısı ilə dəstəkləyib. Avropa İttifaqı isə cırtdan Ermənistana qoşulub, sol əli ilə sağ qulağını qaşıyır.

Üç gün günün altında gözlədikdən sonra Vaqif Xaçaturyanın həbsi ilə onlara tutarlı cavab verildi. “Baxın, müdafiə etdiyiniz Xaçaturyan müharibə canisidir. Qarabağda soyqırım törədib. Onu həbs etdim. Digər cinayətkar erməniləri də onun aqibəti gözləyir” mesajı verildi.

Bu, həm də Azərbaycan dövlətinin tavrıdır. Ona qarşı olan beynəlxalq şantajlara əhəmiyyət vermədən ərazisində qanuni davranışını davam etdirir.

Sərhəddə tutulan yalnız Xaçaturyan deyil. Son 3-4 gündür “TIR şousu”nda iştirak edən nə qədər xarici diplomat, beynəlxalq təşkilat üzvü var, hamısının Azərbaycana qarşı haqsız iddialarına, qanunazidd tələblərinə Xaçaturyanla birlikdə həbs qoyuldu, qanundankənar elan edildi.

Qandallanın “ermənilərin” sayına diqqət!

Və sonda

Artıq separatçılar deyirlər ki, Xaçaturyanı Ermənistan satıb. Özlərini görün nə gözəl tanıyırlar. Hələ harasıdır. Bir-birilərini satmaq üçün qapımızda sıraya düzüləcəklər.

Aydın Aslan
Globalinfo.az