2020-ci ildə müharibə bitəndə razılığa gəlindi ki… – Ohanyan

“Sərhəddə hər hansı təxribatın qarşısını almaq və müvafiq tədbirlər görmək Ermənistan Silahlı Qüvvələrinin funksiyasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

O, hökumətin Rusiya sərhədçilərinin fəaliyyətini tənqid etməsinə münasibət bildirib:

“2020-ci il noyabrın 10-da müharibə bitəndə, qoşunların harada dayanması da qərarlaşdırıldı. O zaman şifahi razılaşma əsasında rusların sərhədlərdən çıxarılmasına nail olmaq mümkün idi. Təəccüblüdür ki, indi İrəvan Rusiya sərhədçilərinin hansı müqaviləyə əsasən Sünikdə (Zəngəzur – red.) xidmət etdiyini bilmir. Əgər həqiqətən Moskva ilə belə bir razılaşma yoxdursa, demək, Ermənistan sadəcə çətin vəziyyətdə qalanda Rusiya sərhədçilərini çağırıb, “gedin orada yerləşin” deyib”.

Ohanyan qeyd edib ki, Nerkin-And istiqamətində Azərbaycan və Ermənistan hərbçiləri üz-üzədir:

“Orada təxribatların qarşısını almaq, yaxud müvafiq tədbirlər görmək Ermənistan Silahlı Qüvvələrinin öhdəliyidir. Yerli komandanlıq özünü ağıllı aparsaydı, biz sərhəddə 4 qurban verməzdik. Həmin toqquşmadan sonra heç bir gərginliyin yaşanmaması diqqət çəkir”.

Ayşən Mustafa
Globalinfo.az