“Sərhəd evimdən keçir” deyən sakinə Paşinyanın CAVABI

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhəddə yerləşən kəndlərə səfəri zamanı səsləndirdiyi fikirlər ciddi müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, baş nazirin Ermənistanın Tavuş vilayətinin tərkibində olan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmalı olduğunu bildirməsi sakinlər arasında narazılıqla qarşılanıb.

Voskepar sakinlərindən biri baş nazirə deyib ki, sərhəd tam onun evinin yerləşdiyi yerdən keçir:

“Mən iki ay əvvəl “Quql xəritə”dən baxmışdım, sərhəd düz mənim evimin yerləşdiyi hissədən keçirdi. İndi yenidən baxdım, xətt 50 metr irəliləyib. Bəs sərhəd xətti orada olsa, mən necə yaşayacağam? Əsgərlər evimə gələcək?”

Baş nazir isə cavabında bildirib ki, bu kimi suallar müzakirə prosesində ortaya qoyulmalı və aydınlıq gətirilməlidir:

“İndi biz proses müddətində sizin sualınızı da müzakirə etmək üçün səsləndirməliyik. Deməliyik ki, bu adamın evi necə olacaq? Əgər orada yaşamağa davam edəcəksə, təhlükəsizliyə kim zəmanət verəcək? Məsələyə sadəcə Ermənistan deyil, Bakı da aydınlıq gətirməlidir. Hazırda mən burada daha çox suallara cavab vermək üçün yox, bu sualları demarkasiya prosesində masaya yatırmaq üçün qeyd etməyə gəlmişəm”.

Ayşən Mustafa
Globalinfo.az