Separatçıların Şuşa təxribatı: Ordumuz tədbir gördü

Saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Globalinfo.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.