Semyon Peqovun ayağını kəsdilər – FOTO

Rusiyalı hərbi jurnalist, Vətən müharibəsi dövründə ermənipərəst mövqe nümayiş etdirən Semyon Peqovun ayağı amputasiya olunub.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb.

Kadrlarda Peqovun sağ ayağının diz nayihəsindən aşağı amputasiya edildiyi görünür.

Qeyd edək ki, Semyon Peqov oktyabrın 23-də Donetsk yaxınlığında minaya düşüb. O, Donetsk xəstəxanasına yerləşdirilərək, ayağından əməliyyat olunub.