İranın ali rəhbərinin müşaviri və Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şəmxani qızının dəbdəbəli toy mərasimi ilə bağlı yayılan görüntülərə sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fars News” məlumat yayıb.
SEPAH-ın briqada generalı Əlirza Əfşarın dəfn mərasimində çıxış edən Şamxani bildirib:
“Son mübahisələrə cavabım əvvəlki məzmunla eynidir. Alçaqlar, mən hələ də sağam”.
Qeyd edək ki, ötən il Tehranın lüks “Espinas Palas” hotelində keçirilən və 1 milyard 500 milyon tümənə (təxminən 15 min 755 dollar) başa gələn toy mərasimi yenidən sosial şəbəkələrdə gündəm olub. İran elitası korrupsiya və dəbdəbəli həyat tərzində ittiham edilib.
Tahir Turan
Globalinfo.az