
Şəmkirdə 3 uşaq suda boğularaq ölüb.
Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğulu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə süni göldə çimməyə gediblər.
Məlumata görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.
***19:55
Şəmkir rayonunda Şəmkirçayın Təzəkənd kəndi ərazisindən keçən hissəsində 3 nəfər çayda boğulub.
Globalinfo.az xəbər verir ki, çayda batan şəxslər 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğludur. Onlar rayonun Qədimqala kəndində qeydiyyatdadırlar.
Çayda batanlardan ikisinin qardaş olduğu bildirilir.
Hər üç şəxsin meyiti sudan çıxarılıb.