
Şəki şəhərinin Kiçik Dəhnə kəndində “КамАЗ” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 6 ton ot bağlamasının 2 tonu yanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.