AA 20260805 42148295 42148291 CUMHURBASKANINA SUIKAST GIRISIMINDE BULUNAN TIMDEKI FETO UYESI KARATEPE TUTUKLANDI 1

Şəkidə açıq ərazidə yanğın baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Küdürlü kəndi inzibati ərazisində, yol kənarındakı açıq sahədə qeydə alınıb. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 7 hektar sahədə quru ot və kol-kos yanıb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: