Şəkidə 50 yaşlı kişi kəsici alətlə qətlə yetirilib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Turan qəsəbəsində, Mehman Bayramova məxsus kafedə baş verib.
Məlumata əsasən, Mehman Bayramov kafeni şəxsən özü idarə edirdi. Sədi Heydərov isə təxminən iki həftə əvvəl həmin kafedə ofisiant kimi işə qəbul olunub. Elə kafedə müdir ə ofisiant arasında yaranan mübahisə nəticəsində S. Heydərov üzərindəki kəsici alətlə M. Bayramova ağır xəsarətlər yetirib. Nəticədə kafedəki mübahisə 50 yaşlı kişinin qətlə yetirilməsi ilə başa çatıb.
Qətlə yetirilən Mehman Bayramov və cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov Turan qəsəbəsinin sakinləridir. M. Bayramov ailəli olub, S. Heydərov isə subaydır.
Cinayəti törətməkdə şübhəli bilinən Sədi Heydərov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.