Şəkidə 4 gün əvvəl itkin düşən qadının meyiti çayda tapıldı

Aprelin 19-da itkin düşən Şəki rayon sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd olunub ki, polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.