Şəkidə usta iş yerində intihar etdi

Şəkidə 56 yaşlı kişi intihar edib.

Globalinfo.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhərində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Bəxtiyar Hüseynov usta fəaliyyəti ilə məşğul olduğu iş yerində özünü asıb.

Məlumata görə, intihar edən 56 yaşlı B. Hüseynov uzun illər usta kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.