Şəhid Səbuhinin adı Bakı küçələrindən birinə verildi

Bakıda küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a şəhidin qardaşı Sənan Əhmədov məlumat verib.

O bildirib ki, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.