Səfirliyə hücum edən terrorçunun qızı danışdı – FOTO

Ötən gün səhər saatlarında İrandakı səfirliyimizə hücum edən terrorçunun qızı danışıb.

Globalinfo.az xəbər verir ki, o, anasının Azərbaycanda olduğunu bildirib:

“Anamız Azərbaycan Respublikasındadır, özüm 8-9 gün əvvəl onunla danışmışam. Amma atam anamın orada olduğunu qəbul etmirdi, səfirlikdədir deyə inad edirdi”.

Xatırladaq ki, Azərbaycanın İranındakı səfirliyinə silahlı hücum nəticəsində 1 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Zaira Akifqızı

Globalinfo.az