Ordumuza qarşı döyüşən mühafizəçi həbs edildi

Məhv olmuş qondarma rejimin “rəhbəri” Samvel Şahramanyanın mühafizəçisi saxlanılıb.

Globalinfo.az xəbər verir ki, mühafizəçi Aşot Danielyan narkotik maddə gəzdirmək və satmaqda şübhəli bilinərək polis bölməsinə aparılıb.

Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, Aşot Danielyan 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycan ordusuna qarşı vuruşub.

Xatırladaq ki, ötən gün Samvel Şahramanyanın mühafizəçisi müharibədə ölən erməni hərbçilərinin dəfn edildiyi “Yerablur” məzarlığında jurnalistləri təhqir edib. Həmin vaxt Şahramanyanın məsələyə münasibət bildirməməsi, sakit qalması diqqət çəkib. Hər ikisi media və ictimaiyyətdə ciddi şəkildə tənqid edilib, daha sonra separatçı “rəhbər” yaşananlara görə jurnalistlərdən üzr istəyib.

Ayşən Mustafa
Globalinfo.az