Naxçıvan sakini Bakıda 1 adamlıq aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Səid Rauf oğlu Mehtiyev bununla bağlı rəsmi müraciət ünvanlayıb.
O, Bakı şəhər Babək prospektində yerləşən “Cahan Holding”in inzibati binanısının qarşısında etiraz aksiyasına başlamaq istədiyini qeyd edib.
Bildirilir ki, holdinqin direktoru Vüqar Abbasovun kürəkəninə məxsus şirkətin S.Mehtiyevə külli miqdarda borcu var. Bu səbəbdən tərəflər arasında xeyli vaxtdır narazılıq yaranıb.
Qeyd edək ki, “Cahan Holding” Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbova və onun ailəsinə məxsusdur.