Sahib Gülməmmədova vəzifə verildi – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov özünə yeni köməkçi təyin edib. 

Globalinfo.az Qaynarinfo-ya istinadən bildirir ki, müvafiq əmrlə Gülməmmədov Sahib Azər oğlu sözügedən qurumun İdarə Heyəti sədrinin köməkçisi təyin olunub.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Sahib Gülməmmədov 2020-2021-ci illərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının “Gənc sahibkarlarla iş” komitəsinin katibi olub. 2020-2021-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat köməkçisi olaraq fəaliyyət göstərib.

2021-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərir.

Layihələrin idarəedilməsi, Rəqəmsal marketinq, PR və kommunikasiya mütəxəssisidir.