Sahibə Qafarova MDB PA-nın mətbuat konfransına qatıldı – FOTOLAR

Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) 54-cü plenar iclasının yekunları ilə bağlı mətbuat konfransında çıxış edib.

Milli Məclisdən Globalinfo.az-a verilən xəbərə görə, qardaş Özbəkistan torpağına, qədim və zəngin tarix və mədəniyyət nümunəsi olan gözəl Səmərqənd şəhərinə yenidən səfər etməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri göstərilmiş qonaqpərvərliyə və səmərəli iş üçün yaradılmış şəraitə görə Özbəkistan Respublikasının rəhbərliyinə, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevaya təşəkkür edib. Onun sözlərinə görə, MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleya Şurasının növbəti iclası və 54-cü plenar iclas bir daha parlamentlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına sadiqliyi, habelə MDB PA çərçivəsində əlaqələrin genişləndirilməsinə olan marağı nümayiş etdirib.

Milli Məclisin sədri deyib ki, Parlamentlərarası Assambleya Müstəqil Dövlətlər Birliyinin mühüm təsisatlarından biridir və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. İki gün ərzində bir sıra məsələlər üzrə məhsuldar müzakirələr aparılıb, 3 daimi komissiyanın və Gənclər Parlamentlərarası Assambleyasının iclasları keçirilib. Ötən müddət ərzində Gənclər Assambleyasına Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsinin sədrlik etdiyini xatırladan spiker Assambleyanın gənclər arasında dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Sahibə Qafarova MDB PA-nın plenar iclasının yekunları ilə bağlı mətbuat konfransına qatılıbSahibə Qafarova MDB PA-nın plenar iclasının yekunları ilə bağlı mətbuat konfransına qatılıbSahibə Qafarova MDB PA-nın plenar iclasının yekunları ilə bağlı mətbuat konfransına qatılıb