“Fransa Cənubi Qafqaza müdaxilə edir” – Sahibə Qafarova

“Biz Fransa Senatını, Cənubi Qafqazda baş verən hadisələrə qanunsuz müdaxilə etmək, xalqların taleyi ilə oynamaq, Ermənsitanın təcavüz qurbanı kimi qələmə vermək, tarixə qovuşan münaqişəni yenidən alovlandırmaq cəhdlərindən əl çəkməyə çağırırıq”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında deyib.

“Şübhə yoxdur ki, yalançı erməni təbliğatının təsiri altında və siyasi devidentlər əldə etmək niyyəti ilə Fransa Senatının qəbul etdiyi qətnamənin mənfi nəticələri üçün məsuliyyət bütövlüklə Fransa tərəfinin üzərinə düşəcək”, – S.Qafarova əlavə edib.