Sahbaz Serif

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı “Azadlıq Layihəsi” təşəbbüsünü dayandırmaq qərarını alqışlayırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.

Baş nazir bu addımı Pakistan və digər dost ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanı və vəliəhd şahzadə Məhəmməd bin Salmanın müraciətinə müsbət cavab kimi qiymətləndirib:

“Bu qərar regionda sülh, sabitlik və dialoq üçün mühüm imkan yaradır. Pakistan gərginliyin azaldılması və münaqişələrin diplomatik yollarla həlli səylərini dəstəkləməyə davam edəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: