sinif bos 1

Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb.

Globalinfo.az bildirir ki, bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

“Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə dərc olunan məlumata əsasən bildiririk ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb. Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə Samux rayonu E. İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə davamiyyətin aşağı olduğu ilə bağlı məlumat yayılıb.

270f9d5f 3ea6 4b6d b49e 308f8ca2cb6e (1)

Paylaş: