Rüstəmxanlı pansionatda yaşaması xəbərinə aydınlıq gətirdi

“Mən pansionatda yaşamıram. Şükür Allaha, Bakıda evim də var, bağım da”.

Bu sözləri Globalinfo.az-a deputat Sabir Rüstəmxanlı 2 otaqlı pansionatda yaşaması xəbərləri haqda danışarkən deyib.

O bildirib ki, müəyyən statusu olan şəxslərə yaz-yay aylarında dincələ bilmələri üçün otaqlar verilib:

“Bir çox deputatlar, nazirlər, müxtəlif dövlət adamları ora gedir. Məsələn, 90-cı illərdən hər yay gedib yazılarımı həmin pansionatda yazıram, istirahət də edirəm. Mənim əsas məsələm orada olan qiymətlərdir. Çünki var normal qiymətlər, var biznesmenlər üçün olan qiymətlər. Deputatlara qarşı ayrı-seçkilik olmamalıdır. Vətəndaş olaraq biz də belə məsələləri qaldıra bilərik. Bunu müxtəlif istiqamətlərə yozmaq, aqressivlik nümayiş etdirmək gülüncdür”.

Zaira Akifqızı
Globalinfo.az