Sabiq Ukrayna rəsmisi: “Zelenski istefa verməlidir!”

Ukrayna Prezidenti Vladimir Zelenski dərhal istefa verməlidir.

Globalinfo.az Axar.az xəbər verir ki, Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın müşaviri olmuş Oleq Soskin deyib.

“Biz bu vəziyyətdən daha da pisə doğru gedirik. Odur ki, yalnız bir çıxış yolu ola bilər: hərbi vəziyyətin dərhal ləğvi, dərhal Ali Şuraya seçkilərin keçirilməsi və dərhal Zelenski istefaya getməlidir”,- o deyib.

Onun sözlərinə görə, indi Ukrayna hakimiyyəti hərbi münaqişədə qalib gələ bilmir.

Bundan əlavə, o, Ukrayna qoşunlarının ciddi itkilər verdiyini, ölkə sakinlərinin cəbhəyə getmək istəmədiyini qeyd edib.