“Biz Türkiyə ilə münasibətlərimizi tənzimləyirik. Sərhəd hələ də bağlıdır, amma düşünürəm ki, proses artıq kifayət qədər yetişib. Sabah səhər xəbərlərdə Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı başlıq görə bilərik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinin kifayət qədər irəlilədiyini və sərhədin açılması ilə bağlı nəticənin yaxın zamanda əldə oluna biləcəyini bildirib.
Nazir Azərbaycanla sülhün artıq mövcud olduğunu da söyləyib:
“Ermənistan qonşu ölkələrlə münasibətləri bütün hallarda yaxşılaşdırmaq niyyətindədir və bu siyasət ölkənin Avropaya inteqrasiya hədəfləri ilə birbaşa əlaqəli deyil.
Ermənistanın Avropa İttifaqına tamhüquqlu üzv olmaq məqsədi varsa, qonşu dövlətlərlə problemlərin və münaqişələrin mövcudluğu bu prosesə mənfi təsir göstərə bilər”.
Safura Bənnayeva
Globalinfo.az