“Sabah” UEFA reytinqində Azərbaycana ilk xalları qazandırıb

“Sabah” UEFA reytinqində Azərbaycana ilk xalları qazandırıb.

Globalinfo.az xəbər verir ki, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-i səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.

Qeyd edək ki, son 5 mövsümdəki ümumi xallarının sayı 15,000-a çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.