Sabah Brüsseldə delimitasiya komissiyasının iclası keçiriləcək

Azərbaycan-Ermənistan sərhədinin delimitasiya komissiyasının növbəti iclasının vaxtı dəqiqləşib.

Globalinfo.az-ın məlumatına görə, APA Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyana istinadən xəbər verir ki, iclas sabah Brüsseldə keçiriləcək.

İclasda Ermənistanı Paşinyanın müavini Mqer Qriqoryan, Azərbaycanı isə Baş nazirin müavini Şahin Mustafayev təmsil edəcək.