Son görüşümüzdə Putin mənə dedi ki… – Saakaşvilidən etiraf

“Rusiya bütün Ukrayna, Moldova və Gürcüstanı ələ keçirmək, daha sonra NATO ölkələrinə hücum etmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Le Point” qəzetinə müsahibəsində deyib.

“Son görüşümüzdə Vladimir Putin mənə demişdi: “Qərbli dostlarınız sizə yaxşı vədlər verir, lakin heç birinə əməl etmirlər. Mən sizə yaxşı bir şey vəd etmirəm, amma həmişə vədlərimə əməl edirəm”. Onunla danışıqlar aparmaq qətiyyən mümkün deyil. 2008-ci ildə buna cəhd etdik. Avropa İttifaqı Rusiya ilə Gürcüstan arasında atəşkəsə zəmanət verdi, Moskva isə bunu yeni reallığa ehtiyac olmasını əsas göstərək qısa müddətdə pozdu”, – Saakaşvili bildiirb.

Ayşən Mustafa
Globalinfo.az