Rüstəm Həmidov dəfn edildi: nişanlı idi, gəlməyinə 10 gün qalmışdı… – FOTOLAR

esger 14

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib.

Globalinfo.az “xəbər verir ki, 2005- ci il təvəllüdlü Həmidov  Rüstəm vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.

***11:56

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu ilə vida mərasimi keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu ilə birlikdə qar uçqunu nəticəsində ölüb.

esger 15
esger 13

***09:18

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cənazəsi ailəsinə təhvil verilib.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un Qarabağ bürosu xəbər verir.

Məlumata görə, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər şəhidlər xiyabanında dəfn ediləcək.

Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı.

ruslan hemidov