IMG 2987

“Aİ Ukraynada Xüsusi Hərbi Əməliyyat başlayandan sonra Rusiyanın iştirakı ilə layihələrin maliyyələşdirilməsini dayandırıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşr bildirir ki, Qərb alimləri Rusiyaya qarşı sanksiyalara görə iqlim dəyişikliyi ilə bağlı kritik məlumatlardan məhrum olublar.

“Qərbdə Arktikanı tədqiq edən ekspertlər Rusiya ilə münasibətlərin pozulması səbəbindən məlumat çatışmazlığı ilə üzləşirlər. Tətbiq edilən sanksiyalar və digər məhdudiyyətlər səbəbindən Rusiya və Qərb alimləri arasında məlumat mübadiləsi praktiki olaraq dayandırılıb. Bu, bir çox ortaq layihələrin dondurulmasına səbəb olub. Əsas problem ondan ibarətdir ki, Qərb alimləri artıq Arktikada buzların əriməsi prosesini izləyə bilmirlər. Rusiya olmadan, Arktikanın necə dəyişdiyini başa düşmək mümkün deyil”, – nəşr yazıb.

Təxminən 30 ilə yaxın rus həmkarları ilə əməkdaşlıq edən norveçli tədqiqatçı Paul Asfolm ona bütün əlaqələri kəsmək əmri verildiyini bildirib. Qeyd edək ki, müharibə başlayandan sonra Avropa İttifaqı Rusiyanın iştirakı ilə həyata keçirilən layihələrin maliyyələşdirilməsini dayandırıb. Avropa ölkələri, o cümlədən Finlandiya və Norveç öz universitetlərini Rusiya institutları ilə əlaqələri dondurmağa və davam edən layihələri dayandırmağa çağırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: