Netanyahu vaxtı açıqladı: Qəzzada tam qələbəyə…

“İsrailin Qəzzada tam qələbəsinə aylar qalıb”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, İsrail üçün zəfər artıq əlçatandır:

“Biz qələbəni tamamlamağa yaxınıq. Bu qələbə tezliklə qazanılacaq. Bunun üçün illərə yox, sadəcə bir neçə aya ehtiyac var”.

Netanyahu əlavə edib ki, İsrail ordusu Qəzza zolağının təhlükə yaratmaması üçün hər şeyi edir:

“Biz sona qədər davam edəcəyik. Tam qələbədən başqa həll yolu yoxdur”.

Əliyar Xəlil
Globalinfo.az