Rusiyanın mümkün PLANLARI: Sülhməramlılar postdan nəyə görə geri çəkildilər? – RƏY

“Xankəndi yolunda keçirilən aksiyada sülhməramlıların mövqeyində dəyişikliklər müşahidə edilir”.

Globalinfo.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist, analitik Asif Nərimanlı deyib.

O, bildirib ki, ilk gündən indiyə qədər etirazçılarla üzbəüz dayanan sülhməramlılar indi aksiyanın keçirildiyi ərazidən təxminən 30 metrə qədər uzaqlaşıb:

“Belə bir addımı niyə atdıqları anlaşılmır. Və bunun aksiyanın qarşısını ala bilməyən Rusiyanın mümkün təxribatına hesablandığı versiyası ön plana çıxır.

Bundan öncə də qeyd etmişdik: sülhməramlılar aksiyaya birbaşa müdaxilə edə bilməzlər, lakin Qarabağda xüsusi hazırlanmış “mülki erməni” qruplarının əraziyə gəlməsi və mümkün qarşıdurmanın yaranması halında “etnik toqquşma” bəhanəsi ilə hərəkətə keçəcəklər;

Mümkündür ki, aksiya ərazisi ilə öz mövqeləri arasında yaratdıqları “neytral zona”ya təxribatçı erməni qruplarının girişinə şərait yarada, azərbaycanlı-erməni toqquşmasını hazırlaya və müdaxilə üçün əsas əldə edə bilərlər.

Sülhməramlıların “geri çəkilməsi”nin səbəblərindən biri də “yolu azərbaycanlılar bağlayıb” görüntüsünün yaradılmasına hesablana bilər”.