Rusiyadan şok plan: Bu tarixdə Belarusdan Kiyevə girəcək

“Yaxın 4-5 ay ərzində Rusiya şimal və ya şərqdən hücuma keçə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Çernyak deyib.

Onun sözlərinə görə, Rusiya bu məqsəd üçün 70 min hərbçisini itirməyə hazırdır. O, rusiyalıların uduzduqlarını başa düşdüklərini, amma müharibəni bitirməyə hazırlaşmadıqlarını bildirib:

“Onlar hücum fəaliyyətlərinə davam edəcəklər. Ukrayna hərbi kəşfiyyatının qiymətləndirməsinə görə, növbəti 4-5 ay ərzində Rusiya ordusu 70 min nəfərə qədər insan itirə bilər. Belə itkilərə ölkənin rəhbərliyi hazırdır”.

Qeyd edək ki, keçən ilin son ayında Rusiya prezidenti ilə yanaşı xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun Belarusa təcili səfərləri olub. Üstəlik, ölkədəki Rusiya və Belarus ordularının döyüş hazırlığı maksimal səviyyəyə çatdırılıb. Məhz bunların fonunda Moskvanın Belarus lideri Aleksandr Lukaşenkonu Ukraynaya hücumla bağlı razılaşmağa məcbur etdiyi ehtimal olunur.

Aqşin
Globalinfo.az