“Ermənistan seçki komissiyası hələ yekun nəticələri açıqlamayıb, buna görə şərh verməkdən çəkinəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, Rusiyanın rəsmi nəticələri gözlədiyini bildirib:
“Biz seçkiləri diqqətlə izləyirik. O cümlədən, səsvermə prosesində yol verilən qanun pozuntularını qeyd edirik. Lakin yekun nəticələr elan edildikdən sonra rəsmi münasibət bildirəcəyik”.
Qeyd edək ki, Nikol Paşinyanın rəhbərlik etdiyi partiya 49% səslə öndədir. Paşiyan artıq qələbəni elan edib və ona liderlərdən təbriklər göndərilir.
Əliyar Xəlil
Globalinfo.az