Screenshot 2025 03 15 225847

Rusiyanın Yaroslavl vilayətində yük avtomobili ilə qatar toqquşub, xəsarət alanlar var.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı qatarda olan 10 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb, yük avtomobilinin sürücüsü isə xəstəxanaya hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: