Rusiyada hərbi təyyarə yaşayış binasına çırpıldı, 13 ölü, 19 yaralı – VİDEO – YENİLƏNİB-4

 

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində dağıntılar altından qalan daha 10 nəfərin meyiti çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya rəsmi dairələri məlumat yayıb.

Ölü sayı artaraq 13 nəfərə çatıb. Həlak olanlardan 3-ü uşaqdır.

Son məlumata görə, 19 nəfər yaralanıb.

Dağıntılar altından 68 nəfər xilas olunub, 360 nəfər isə təxliyə edilib.

01:20

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkova hadisə yerində məlumat verib.

Son məlumata görə, 19 nəfər yaralanıb, 6 nəfərin taleyi isə məlum deyil.

Yaralanan şəxslərdən ikisi uşaqdır.

17.10.2022

22:40

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə regiondakı Operativ Qərargah məlumat verib.

Hadisə nəticəsində 25 nəfər yaralanıb, 6 nəfərin taleyi barədə isə məlumat yoxdur.

22:15

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

***

20:30

Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.

Faktla bağlı artıq cinayət işi başlanılıb.

Qeyd edək ki, “Su-34” təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb. Qəza nəticəsində əmələ gələn yanğın 9 mərtəbəli binaya keçib. Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.

20:24

Rusiyanın Yeysk şəhərində hərbi təyyarənin yaşayış binasının üzərinə düşməsi ilə bağlı 3 saylı yanğınsöndürmə dərəcəsi elan edilib.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən TASS-a bildirilib.

Yanğın sahəsi təxminən 2 min kvadratmetrdir. Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

Şəhər administrasiyasının nümayəndəsinin sözlərinə görə, sosial obyektlərə ziyan dəyməyib.

19:50

Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.

Məlumata görə, qəzaya uğrayan “Su-34” qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.