
“ABŞ-da siyasi xadimlərə, prezidentlərə və prezidentliyə namizədlərə qarşı sui-qəsd cəhdləri ənənədir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, öz daxili təhlükəsizliyinə pul yatırmalıdır.
Xatırladaq ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa mitinq zamanı atəş açılıb, o xəsarət alıb.