Ərdoğanın “sülhməramlılar 2025-də çıxacaq” fikrinə Rusiya XİN-dən REAKSİYA

“Türkiyə 2020-ci ilin 9 noyabrında imzalanan və rus sülhməramlılarının Qarabağda olmasını nəzərdə tutan üçtərəfli bəyanatda tərəf deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyi ilə bağlı çıxışına cavab olaraq bildirib.

“Məhz bu sənəddə sülhməramlıların hansı əsaslarla Qarabağda qalması, hətta bu müddətin uzadılma ehtimalı qeyd olunub. Komissiya bölgədə atəşkəsin və sabitliyin qorunmasına şərait yaradır. Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyə daxil olmaqla, regiona maraqlı digər qüvvələrin maraqlarına uyğundur”, – Zaxarova deyib.

Ayşən Mustafa
Globalinfo.az